İlon Maskla aralarında mübahisə var - Tramp etiraf etdi

08:35 03.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp amerikalı biznesmen İlon Maskla aralarında kiçik mübahisə olduğunu etiraf edib.

Hafta.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə CNBC-yə müsahibəsində deyib. Lakin o, “Tesla” və “SpaceX”in icraçı direktoru ilə çox yaxşı münasibətlərinin olduğunu söyləyib.

Tramp Maskın “SpaceX”in səhmlərini ABŞ-də 18 yaşdan kiçik uşaqlar üçün yeni əmanət və investisiya vasitəsi olan və 4 iyulda istifadəyə veriləcək “Trump Accounts”a bağışlayacağını düşündüyünü bildirib.